Free Web Hosting Provider - Web Hosting - E-commerce - High Speed Internet - Free Web Page
Search the Web

 Distant Tehsil
 
Xəbərlər
Əsasnamə
Tədris planı
Müəllimlər
İmtahan-məqbullar
Əks əlaqə
Azərbaycan sriftləri
Saytin xəritəsi
Fakultə haqqında
Bizim səhifəyə Xoş gəlmisiniz!

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru akademik Ə.M.Abbasovun təşəbbüsü və Azərbaycan Respublikası Təhsil Nazirinin 46-18-6294/17 saylı 14.11.2001–ci il tarixli əmrinə əsasən respublikada ilk dəfə olaraq, universitetin nəzdində fəaliyyət göstərən “İxtisasartırma və yenidənhazırlanma” fakültəsində “distant” (məsafədən) yolu ilə mütəxəssislərin yenidənhazırlanması işinə başlanmışdır.

“Distant” təhsil inkişaf etmiş ölkələrdə tədrisin ən yeni təşkilati formalarından biridir.

Distant təhsilin özəllikləri nədən ibarətdir?

Tədris xüsusi proqramm əsasında aparılır, ödənişlidir, tədrisin başlama vaxtı ixtiyaridir, tədris işdən ayrılmamaqla aparılır, təhsil haqqı digər təhsil növlərinə nisbətən aşağıdır, tədrisin keyfiyyəti əyani, axşam və qiyabi təhsildəkindən geri qalmır, belə ki, bütün tədris proqramları dövlət təhsil standartlarına tam uyğun şəkildədir.

Təhsilin Distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və ikinci ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.

Hal-hazırda fakültədə “Maliyyə və kredit”, “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə 50 (əlli) dinləyici Distant yolu ilə təhsil alır.

E'Lanlar
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
E’LAN
AZƏRBAYCAN RESPUBLİKASINDA MALİYYƏ, BANK VƏ VERGİ SİSTEMİ SAHƏSİNDƏ ÇALIŞAN ALİ TƏHSİLLİ MÜTƏXƏSSİSLƏRİN NƏZƏRİNƏ!


2001-2002-Cİ TƏDRİS İLİ ÜÇÜN RESPUBLİKADA İLK DƏFƏ OLARAQ DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ “DİSTANT” TƏHSİL (MƏSAFƏDƏN) YOLU İLƏ XÜSUSİ TƏHSİL PROQRAMLARI ƏSASINDA “MALİYYƏ VƏ KREDİT”, “BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR”, İXTİSASLARI ÜZRƏ MÜTƏXƏSSİSƏLƏRİN YENİDƏN HAZIRLANMASI TƏŞKİL EDİLİR.

MÜASİR İNFORMASİYA TEXNOLOGİYASINDAN İSTİFADƏ ETMƏKLƏ ALİ TƏHSİLLİ, MÜKƏMMƏL BANK İŞÇİSİ OLMAQ İSTƏYƏN MÜTƏXƏSSİSƏLƏRİ “DİSTANT” TƏHSİL YOLU İLƏ YENİDƏNHAZIRLANMA FAKÜLTƏSİNƏ DƏ’VƏT EDİRİK. FAKÜLTƏNİ BİTİRDİKDƏN SONRA DÖVLƏT STANDARTINA UYĞUN OLARAQ YENİDƏNHAZIRLANMA HAQQINDA DİPLOM VERİLİR.

DİSTANT TƏHSİLİ ALMAQ ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏR TƏQDİM EDİLMƏLİDİR:
  • REKTORUN ADINA ƏRİZƏ;
  • ALİ TƏHSİL HAQINDA DİPLOMUN TƏSDİQLƏNMİŞ SURƏTİ (ƏLAVƏ İLƏ BİRLİKDƏ);
  • MÜƏSSİSƏ VƏ YA TƏŞKİLATIN GÖNDƏRİŞİ;
  • KADRLAR UÇOTUNUN İŞ YERİNDƏ TƏSDİQLƏNMİŞ ŞƏXSİ VƏRƏQƏSİ;
  • 3x4 SM. ÖLÇÜDƏ 5 ƏDƏD FOTOŞƏKİL;
  • İNTERNETƏ İŞDƏN VƏ YA EVDƏN ÇIXIŞ OLMALIDIR.
  • TƏHSİL ƏN AŞAĞI MƏSRƏFLƏRLƏDİR.

  • SƏNƏDƏLƏR DEKABR AYININ 15-DƏK QƏBUL EDİLİR.
    ƏLAVƏ MƏ’LUMATI 92-65-64 ; 92-35-53 SAYLI TELEFONLARLA ALMAQ OLAR
    Müəllimlərin məsləhət saatları

    Bugün
    Axtar:


    options
    Copyright © 2003 by ASEU Web Master: Rashid Aliyev